"Virusa qarşı immuniteti necə formalaşdıraq? HƏKİM RƏYİ- ÖZƏL

"Bir insanın yolxucu xəstəliyə tutulması üçün yolxucu xəstəliyi daşıyan mikrobun bədənə müəyyən miqdarda keçməsi vacibdir. Bi rinsanın bədəninə iki dənə Hepatit B virusa keçibsə bu o demək deyil ki, həmin şəxs bu xəstəliyə yoluxacaq. Çünki xəstəliyə yoluxmaq və onu daşımaq üçün müəyyən miqdarda patogen almalıyıq. Bu da on minlərlə olmalıdır". Bu fikirləri SİA-ya uroloq-androloq Vasif İsmayıl deyib.

O bildirib ki, lakin digər yolxucu xəstəliklərdən fərqli olaraq koronavirusa yoluxma halı orqanizmə 100-dən minə qədər patogen daxil olduqda qeydə alına bilir: "Bu da virusun digərlərindən nə qədər təhlükəli olduğunu göstərir".

Yoluxmanın mümkün şəraitləri haqqında danışan mütəxəssis söyləyib ki, insanlar arasında təmas zamanı ara məsafə 2 metr olarsa, o zaman yoluxma riski aşağı düşür: "Çünki infeksiya hava da qalmır. Amma əllə təmas virusun keçmə ehtimalını artırır. Əli üzə toxundurmadam öncə sabunla yusaq və ya spirtlə dezinfeksiya etsək o zaman virusa yoluxmaqdan özümüzü qoruya bilərik. Məhz ona görə də insanlara tez-tez əl yumaq və ya dezinfeksiya edici vasitələrdən istifadə etmək tövsiyə olunur".

V. İsmayıl qeyd edib ki, insanlığa sərf edən məqamlardan biri virusu alıb xəstələnməməkdir:" Əsas məsələ odur ki, virusu alaq, lakin xəstələnməyək. Sadəcə ona qarşı özümüzdə immunitet formalaşdıraq. Çünki hər bir insan bu virusla qarşılaşmasa, ona qarşı immunitet formalaşdırmayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə