Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra 1988-ci ildə təsis edilib. Bundan sonra Dünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.
Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilir ki, bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları arasında 477 İİV-ə yoluxma halının 24,9 faizi (119 hal), ümumilikdə isə 1992-ci ildən 2015-ci il sentyabrın 1-dək 5397 yoluxma halının 51,9 faizi (2801 hal) inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmçinin bu il sentyabrın 1-dək ümumilikdə 2784 nəfər İİV/QİÇS xəstəsi ARV-terapiyaya cəlb edilib ki, onlardan 408-i cari il ərzində olub. Yeni cəlb olunanlardan 131 nəfəri inyeksion narkotik istifadəçisidir. ARV-terapiyaya ümumilikdə cəlb olunan 2784 nəfərdən 1403-ü inyeksion narkotik istifadəçisidir. Eyni zamanda, Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan xəstələrin qan nümunələri müntəzəm şəkildə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və onun regional diaqnostika laboratoriyalarına göndərilir və müayinə olunur. Bu ilin doqquz ayı ərzində 123 şəxsdə İİV-ə yoluxma venadaxili narkotik maddələrin qəbulu nəticəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB