Rüşvət alan həkim vəzifəsindən azad olundu

üşvət alan həkim Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədov vəzifəsindən azad edilib
Rüşvət alan həkim vəzifəsindən azad olundu

Sabirabad Perinatal Mərkəzində baş verən rüşvət qalmaqalı Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının iclasında müzakirə olunub.İclasda Sabirabad mərkəzi rayon xəstəxanasına Perinatal Mərkəzin direktorunun vəzifəsindən azad edilməsinə dair qərar verilməsi tövsiyə edilib.Səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyati şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən qərar qəbul edilib.Qərar əsasında Doğuşayardım komissiyası Sabirabad mərkəzi rayon xəstəxanasının rəhbərliyinə müraciət ünvanlanıb.Müraciətdə qısa müddət ərzində Sabirabad Perinatal mərkəzin direktoru Vüsal Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunur. Bir neçə gün əvvəl yayılan video sosial şəbəkələrdə səs-küyə səbəb olmuşdu.Videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından birindən rüşvət istədiyi əks olunub. O, xəstənin verdiyi məbləğlə razılaşmayıb, daha çox pul tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə