Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Hacıqabulla yanaşı ətraf rayonlardan olan Şirvan, Salyan, Neftçala, Sabirabad, Kürdəmir, Saatlı rayon sakinlərini qəbul edəcək.
Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB