185 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib

185 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib

"Dekabr ayının birindən bu günə qədər dəm qazından zəhərlənmə ilə bağlı stansiyaya 185 müraciət daxil olub". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, onlardan 120 nəfəri xəstəxanaya yerləşdirilib. Zemfira Vahidova bildirib ki, cari ayda paytaxtda dəm qazından zəhərlənmələrlə ilə bağlı BŞTTTYS-yə daxil olan müraciətlərin sayı artıb: "Ötən gün isə sutka ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 15 müraciət edilib. Müraciətlər əsasında 14 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. Müraciətlər əsasən Qaradağ, Nizami, Suraxanı, Binəqədi və Nərimanov rayonlarından daxil olub".

Bütün xəbərlər Facebook səhifəmizdə