Risk qrupuna aid olan əhali üçün pulsuz təlimlər

Risk qrupuna aid olan əhali üçün pulsuz təlimlər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə pulsuz təlimlər keçirir. SİA-nın xəbərinə görə, tədbir "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən DİABET MƏKTƏB-ində təşkil olunur. Təlimlər pulsuz olaraq 22-30 oktyabr tarixində şəkərli diabet xəstələri, 29-31 oktyabr və 1-2 noyabr tarixində risk qrupuna aid əhali üçün reallaşacaq.

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər! Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)

Əlaqə tel.: (012) 430-10-28 (012) 431-62-61

Bütün xəbərlər Facebook səhifəmizdə