İnsan beyninə idarə olunan elektrik cərəyanının ötürülməsi xəstəliyi müalicəyə kömək edə bilərmi? Cavab “Bəli”dir.
SİA-nın məlumatına görə, bu gün elektrokonvulsivdən bəhs ediləcək
Tibb aləmində EKT və xalq arasında elektroşok müalicəsi - elektrokonvulsiv əslində elektrikdən çox fərqli istifadə üsulundan ilhamlanaraq təsadüfən kəşf olunub.
Yulius Vaqner-Yaureq (Julius Wagner Jauregg, 1857-1940) əsasən ruhi xəstəliklərin müxtəlif yollarla müalicəsi üzərində işləyən avstriyalı həkim idi. O, beynin ifrazat sisteminə xaricdən müdaxilə edərək demans kimi yüngül xəstəlikləri sağaldacağına, malyariya peyvəndinin demans hallarının müalicəsində istifadə edə biləcəyinə inandı. Təbii ki, peyvənd bütün problemləri həll etməsə də, xəstələrin sağalmasına mühüm töhfə idi. Vaqner-Yaureq bu ixtira ilə 1927-ci ildə tibb üzrə Nobel mükafatı alacaqdı. Onu dünyaya tanıdan bu müalicə yolu fərqli bir sahədə təsadüfən rastlaşdığı bir üsuldan tamamilə fərqli bir sahədə insan sağlamlığı üçün istifadə etməsilə oldu.
KEÇİD
1917-ci ildə qəssabxanaya gedən həkim Vaqner orada maraqlı bir hadisə ilə qarşılaşır. Qəssablar çox iri və çəkisi ağır olan donuzları kəsməzdən əvvəl onları aşağı gərginlikli elektrik cərəyanı ilə sərsəmlədirdilər. Donuzlar olduqları yerdə uzun müddət hərəkətsiz qalırdılar. “Nəzarətli şəkildə sistemə elektrik cərəyanının vurulması müalicəvi ola bilər” deyə avstriyalı həkim bu fikrlə gəldi və yeni üsulu psixi xəstələrə tətbiq edə biləcəyini düşündü.
Yüngül şizofreniya əlamətləri olan xəstələr üzərində ilk təcrübələrini aparan Vaqner uğurlu nəticə əldə etdi: xəstələr beyinlərinə tətbiq edilən, idarə olunan elektrik cərəyanı ilə yavaş da olsa, sağalma əlamətləri göstərməyə başladılar. Beləliklə, tibb elmində ilk dəfə elektroşok müalicəsi – elektrokonvulsiv üsul tətbiq olundu.
Yulius Vaqner-Yaureq tərəfindən kəşf edilən elektroşok terapiyasının əsası elektrik cərəyanını beyindən keçirərək süni epileptik tutma törətməyə əsaslanır. Müalicə zamanı xəstənin başına maksimum 6 saniyə ərzində təxminən 800 milliamper gərginliklə elektrik cərəyanı verilir, gərginlik ümumiyyətlə 70 ilə 120 volt arasında dəyişir. Bu müalicə adətən həftədə 2-3 dəfə tətbiq olunur, xəstəliyin simptomları gedənə qədər davam etdirilir, ardınca dərmana keçilir.
Elektrokonvulsivdən sonra görülən yan təsir müvəqqəti yaddaş itkisi ola bilir. Tətbiq edildiyi ilk gündən bu müalicə üsuluna qarşı çıxanlar olsa da, elektroşok terapiyasının uğur qazanmasının əsas şərti xəstənin bu yolu tamamilə qəbul etməsidir, yoxsa nəticəsi az olar.
Bütün xəbərlər Facebook səhifəmizdə