...19 noyabrda Litva hökuməti Xarici İşlər Nazirliyinin Ukraynaya qarşı müharibə cinayətlərini araşdırmaq üçün yeni yaradılmış xüsusi tribunalda ölkənin iştirakı ilə bağlı təklifini təsdiqləyib.
SİA-nın məlumatına görə, bu barədə Delfi yazır..
Vurğulanır ki, bu, "Rusiya Federasiyası və Belarusun ən yüksək siyasi və hərbi rəhbərliyi də daxil olmaqla, şəxslərə" şamil ediləcək.
O da qeyd olunur ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) belə bir yurisdiksiyası yoxdur, ona görə də xüsusi tribunalın məqsədi "bu boşluğu doldurmaqdır".
Nəşr bildirir ki, "Litvanın ilkin mərhələdə təsisçi üzvü olduğu xüsusi tribunalın əsas məqsədi təcavüz cinayətini araşdırmaq və cəzalandırmaq olacaq".
Xarici İşlər Nazirliyinin ölkəni xüsusi tribunalın idarəetmə komitəsində təmsil etməsi gözlənilir. Ukraynaya qarşı hərbi təcavüzə görə məsuliyyət üzrə xüsusi tribunalın yaradılması haqqında saziş 25 iyun 2025-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının baş katibi Alen Berset və Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB