Pentaqon generallarının Ukraynaya göndərməsinin başqa bir səbəbi...

Orduya vacib bir missiya həvalə edilib...

...Prezident Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün göndərdiyi yüksək səviyyəli ABŞ Hərbi Departamentinin nümayəndə heyətinin Kiyevlə hərbi-texnoloji əməkdaşlığı müzakirə etməsi də planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Politico məlumat verib.

Politico xatırladıb ki, 19 noyabrda Ukraynaya gələn ABŞ nümayəndə heyətinə Ordu katibi Den Driskol rəhbərlik edir. Onu ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corc müşayiət edir.

Onların Prezident Volodimir Zelenski və digər Ukrayna rəsmiləri, eləcə də Ukrayna Silahlı Qüvvələri və sənayesinin nümayəndələri ilə danışıqlar aparması planlaşdırılır.

Pentaqon nümayəndə heyətinin əsas məqsədi Zelenskini müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqları bərpa etməyə inandırmaqdır.

Daha sonra yüksək vəzifəli Amerika generalları Rusiya nümayəndələri ilə görüşməyi planlaşdırırlar. Ətraflı oxu Lakin, Driskoll və Corc Ukrayna tərəfi ilə hərbi texnologiya sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etməlidirlər. ABŞ və Ukrayna hazırda pilotsuz uçuş aparatları və muxtar sursat sahələrində böyük bir texnologiya mübadiləsi müqaviləsi bağlamağa hazırlaşırlar.

Ukrayna dronların hazırlanması, istehsalı və istifadəsi sahəsində geniş təcrübə toplayıb.

Amerikalılar bu sahədə Kiyevlə əməkdaşlıq etməyə can atırlar.

Ukrayna 2025-ci ilin dekabrında və ya 2026-cı ilin əvvəlində yerli olaraq hazırlanmış yeni uzunmənzilli qanadlı raket olan Flamingonun seriyalı istehsalına başlamağı planlaşdırır. Ukraynanın Fire Point şirkəti tərəfindən hazırlanan bu raket, bəzi cəhətlərdən Amerikanın Tomahawk qanadlı raketindən daha üstündür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə