Rusiya Prezidenti Vladimir Putin ölkədə generativ süni intellektin tətbiqi üzrə milli plan hazırlanması və qərargah yaradılması barədə tapşırıq verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “AI Journey 2025” beynəlxalq konfransında çıxış edən Rusiya dövlət başçısı süni intellekt texnologiyalarının inkişafının inzibati əlaqələndirilmə və dəqiq idarəetmə tələb etdiyini bildirib. Onun sözlərinə görə, yaradılacaq qərargah süni intellekt sahəsində fəaliyyətin dövlət səviyyəsində əlaqələndirilməsini təmin edəcək.
Putin vurğulayıb ki, bəzi ölkələrdə süni intellektin həddindən artıq tənzimlənməsi innovasiyaların ləngiməsinə gətirib çıxarıb və Rusiya bu səhvləri təkrarlamamalıdır. O qeyd edib ki, dövlət idarəçiliyi və güc strukturları kimi bəzi sahələrdə Rusiya yalnız öz milli texnoloji həllərinə əsaslanmalıdır.
Beynəlxalq əməkdaşlıqdan danışan Rusiya Prezident bəyan edib ki, ölkəsi süni intellekt sahəsində ikitərəfli formatda və həmçinin AAİŞ, BRİKS, ŞƏT kimi inteqrasiya birlikləri çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. O, tərəfdaş ölkələr arasında süni intellektin tətbiqi ilə bağlı qanunvericiliyin uyğunlaşdırılmasını və birgə tədqiqat layihələrinin həyata keçirilməsini təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB