Volqoqradın adı Stalinqrad olaraq dəyişdirildi...

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Volqoqrada daxil olan əsas magistral yollarda "Stalinqrad" yazısı olan yol nişanları peyda olub.

Nişanlar müvəqqəti olaraq quraşdırılıb - tədbir 19 noyabrda qeyd olunan Stalinqradda əks-hücumun başlanmasının 83-cü ildönümünə təsadüf edir.

Böyük Vətən Müharibəsi dövründə yaddaqalan tarixlərin şərəfinə Volqoqrad ildə bir neçə dəfə Stalinqrad adlandırılır. 19 noyabrdan əlavə, bu, 2 və 23 fevral, 8 və 9 may, 22 iyun, 23 avqust, 22 sentyabr, 23 sentyabr və 9 dekabrda baş verir. Bu ənənə 2022-ci ildə yaranıb.

Dövlət Duması Volqoqradın adının dəyişdirilməsini təklif edib.

Əvvəllər bildirilirdi ki, 2026-cı ildə Rusiyada bir neçə yeni yol nişanı peyda olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə