Ukrayna Radası iki naziri vəzifəsindən azad etdi.

Korrupsiya qalmaqalına görə.

Ukrayna Ali Radası 19 noyabr tarixli iclasında enerji sektorundakı korrupsiya qalmaqalı səbəbindən Herman Qaluşenkonu ədliyyə naziri vəzifəsindən azad etdi.

SİA xəbər verir ki, Liga.net saytının məlumatına görə, bu, parlamentin plenar iclasının yayımında elan edilib. Qaluşenkonun vəzifədən azad edilməsini parlamentin 323 üzvü dəstəkləyib.

Heç bir deputat əleyhinə səs verməyib.

Qaluşenko 2025-ci ilin iyul ayından ədliyyə naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, 2021-ci ildən energetika naziri vəzifəsində çalışıb.

Millət vəkili Yaroslav Jeleznyak bildirib ki, parlament üzvləri də Svitlana Qrinçukun energetika naziri vəzifəsindən azad edilməsini dəstəkləyiblər.

Qərarı 315 deputat dəstəkləyib. 12 noyabrda Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) enerji sektorunda "Midas" adlandırılan genişmiqyaslı korrupsiya sxemi ilə bağlı araşdırması fonunda Qaluşenko və Qrinçukun istefasını tələb edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə