Novak benzinin qiymətinin düşməsinin səbəblərini açıqladı...

...Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiyada benzin qiymətlərinin düşməsinə təsir edən bir sıra amilləri müəyyən edib.

SİA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Baş nazirin müavini bildirib ki, "Topdansatış qiymətləri aşağı doğru tənzimlənib, yanacaqdoldurma məntəqələrində isə qiymətlər artıq qismən aşağı doğru tənzimlənib".

Yanacaq qiymətlərinin sabitləşməsinin səbəbləri arasında Novak neft məhsullarının ixracının dayandırılmasını, ölkədə tələbatın mövsümi azalmasını və neft emalı zavodlarının təmirdən qayıtması səbəbindən istehsalın artmasını qeyd edib. O, həmçinin qiymətlərin daha da aşağı salınacağına əminliyini ifadə edərək, bunun artıq müstəqil yanacaqdoldurma məntəqələrində baş verdiyini qeyd edib. Daha əvvəl ABŞ-da benzin və dizel yanacağının qiymətlərinin sanksiyalar fonunda ilin əvvəlindən bəri ən yüksək həddə çatdığı bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə