Eldəniz Səlimov barəsində araşdırma aparılır - DİN MƏLUMAT YAYDI

Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib. Bildirilib ki, Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə