Son zamanlar dəb halını alan yumurta atəşinə bu dəfə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıca yumurta atılıb. Belə ki, Haşim Kılıc Anadolu Universitetində çıxış edən zaman zaldan 3 tələbə qalxaraq "siz burada məhkəmə islahatından bəhs edirsiniz. Universitet tələbələri isə tutulub həbsxanaya göndərilirlər", deyərək ciblərindəki yumurtaları ona atıblar.
Konstitusiya Məhkəməsi sədrinin mühafizəçiləri çətiri açaraq onu qorumağa çalışıblar. Atılan yumurtalar isə onun çıxış etdiyi kürsünün qarşısına düşüb. Yumurtanı atan biri qız, ikisi oğlan olan tələbələr polis tərəfindən saxlanılıblar. Tələbələr zaldan çıxarılandan sonra Haşim Kılıc nitqini qaldığı yerdən davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB