Ermənistan ordusunun əsgəri öz yoldaşını güllələyib

Ermənistan ordusunda qətillər seriyasına biridə əlavə olunub. SİA-nın "ArmToday" saytına istinadən verdiyi məlumata görə, Ararat vilayətində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağrılan 19-yaşlı Vardan Nersisyan öz əsgər yoldaşı Ovanesa Baqdasaryanı güllələyib. Saytın verdiyi xəbərdə bildirilir ki, hadisə V.Nersisyanın növbətçi olduğu gecə baş verib.

 

Güllə yarası alan əsgər hərbi hospitala yerləşdirilib. Dərhal əsgərin üzərində əməliyyat keçirilib. Həkimlərin bildirdiyinə görə, əməliyyat uğurlu keçsədə, xəstənin vəziyyəti ağır olaraq qalır.

 

Qeyd edək ki, bu Ararat vilayətində yerləşən N saylı hərbi hissəsədə baş verən ilk hadisə deyl. Belə ki, ötən gün hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə