Bakıda döyüş sursatı tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib.

Aşkar pedilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə