Bakıda top mərmiləri tapılıb

18 Aprel 2016 17:35 (UTC+04:00)

Bakıda döyüş sursatı tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib.

Aşkar pedilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.