Yaponiyada dağıdıcı zəlzələ baş verib

Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib. SİA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib. Ötən gün Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət alıb

Bütün xəbərlər Facebook səhifəmizdə