Yüksək dozada narkotik vasitə qəbul edən şəxs ölüb

Bakıda yüksək dozada narkotik vasitə qəbul edən şəxs ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, Binəqədi rayonunda yaşayan Bəhruz Eyvazov evdən çıxıb, geri qayıtmayıb.

Araşdırmalar zamanı iyun ayının 9-da Bəhruz Eyvazovun Yasamal rayonunda yaşayan tanışı Sultan Abdullayevin evində olarkən, onunla birgə narkotik maddə qəbul etməsi nəticəsində ölməsi, sonradan S. Abdullayev tərəfindən Pirşağı qəsəbəsindəki bağ evinə aparılması və oradakı qarajda basdırılması müəyyən edilib.

S. Abdullayev Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə