İki piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, piyada, keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır: "Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidininin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.
Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib.
Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərdindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə