Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən, 40 yaşlı E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə