Kəngərli rayonunda ev yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonunun Xok kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb edilib.

Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 230 kvadratmetr olan evin 99 kvadratmetr hissəsi yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə