“Dünyada baş verən təbii fəlakətlər müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, zəlzələlər, qasırğalar, tufanlar, leysan yağışları, quraqlıqlar bunlar müxtəlif səbəblərdən baş verə bilər Biz bunların təbii amillərlə baş verdiyini qəbul həmişə edirik”. Bu sözləri SİA-ya açıqlamasında ekololoq Cəmşid Quliyev deyib.
Ekoloq sözləri belə davam edib: “Müəyyən bir fikir var ki, çox gerçəyə bənziyir. Amma çox təəssüf ki, gerçəklərin əsl sübutunu tapmaq, insalara açıqlamaq o qədərdə asan məsələ deyil. Onlar yalnız bizim ehtimallarımız olaraq qalır. Əlimizdə müəyyən dəlil və sübutlar yoxdur ki, bu fəlakətlərin həqiqətən iqlim silahları deyilən bir çox dünya güclülərin əlində mövcudluğunu ehtimal elədiyimiz silahlar tərəfindən törədildiyini sübut edə bilmirik. Lakin buna bir çox ehtimallar var. Bu ehtimallar bir çox hallarda inandırıcı görünür. Məsələn, Türkiyədəki zəlzələ beynəlxalq siyasi gərginliyin elə bir məqamında baş verdi ki, yadımızda qalan Qəhrəmanmaraşda böyük fəlakətlərlə nəticələnən zəlzələni nəzərdə tuturam. Bəzən bu dünyanın digər yerlərində quraqlıqlar kimi özünü göstərir. Yəni qlobal güclər çox ehtimal ki, bu silahların mövcudluğu haqqında danışılırsa, ehtimak ki bunlardan istifadə edirlər. Çox təəssüf ki, buna müəyyən bir sübut hesab ediləcək ehamlar var. Amma biz bunu bütünlüklə isbatlaya bilmirik. Bunun haqqında ehtimal kimi danışırıq.
Bu ehtimalları bir kənara qoysaq, təbii fəlakətlər adından göründüyü kimi bunlar təbii fəlakətlərdir. Qlabal istiləşmə isə həm təbii amillərdən, həm də insan amili ilə insanların həyat və fəaliyyəti nəticəsində ortaya çıxan ekoloji problemlər tərəfindən tətiklənən amillər tərəfindən daha da dərinləşməkdir. Bu bir qlabal problemdir. Bunun qarşısını almaq üçün ekoloqlar, dünya liderləri bir yerə toplaşaraq baş sındırırlar və bunun çarəsi aranmaqdadır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə