Sabirabadda tonqalda yanıq xəsarəti alan uşağın vəziyyəti açıqlanıb

Sabirabadda 13 yaşlı uşaq çərşənbə tonqalında yanıq xəsarəti alıb. SİA-nın xəbərinə görə, hadisə martın 11-də Sabirabadın Bulduq kəndində baş verib. Kənd sakini, 13 yaşlı Ayaz Rzazadə yaşadığı evin həyətində Yel çərşənbəsi ilə bağlı qalanan tonqalın üzərindən tullanarkən yanıq xəsarətləri alıb. O, Sabirabad rayon xəstəxanasına yerləşdirlib. 3-cü dərəcəli yanıq xəsarətləri alan uşağa tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır olan A.Rzazadə ixtisaslı müalicə almaq üçün Bakı şəhərindəki xəstəxanaya təxliyə edilib.

TƏBİB-dən verilən məlumata görə, 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) martın 11-də saat 20:10 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin ön və arxa nahiyəsinin, hər iki yuxarı ətrafın 3-cü dərəcəli termiki yanığı diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə