Tovuzda yol qəzası olub, ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü rayonun Aşağı Quşçu kənd sakini İ.Rüstəmov idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə