Hacıqabulda istirahət mərkəzində yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Pirsaat qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 300 m² olan anbarın qamışdan ibarət tavanı, dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB