Cəlilabadda yol qəzası olub - xəsarət alanlar var

Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə