Sərnişin metroda dünyasını dəyişdi

Bu gün saat 15:40 radələrində "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin özünü pis hiss edib. SİA "Bakı Metropoliteni"nə istinadən xəbər verir ki, dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə