Masallı seçiciləri Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklər!

9 fevral parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Məşhur Şahbaz oğlunun "Daha güclü Azərbaycan naminə!" devizi altında rayonun Həsənli kəndində ayrı-ayrı ailələrlə görüşlər keçirib, problemləri ilə tanış olub.

Görüş zamanı namizəd Məşhur Məmmədov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin mahiyyətindən bəhs edib, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını bildirilib. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib.

Sonra deputatlığa namizəd Məşhur Məmmədov kəndin şəhidlərin abidə kompleksini ziyarət edib və bildirib ki, ailələri, Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərin bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaqlarını vurğulayıb. Görüş iştirakçıları ölkə rəhbərliyi, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

YAP-nın parlament seçkilərinə namizədi Məşhur Məmmədov, həmçinin bu seçkidə namizədi oldduğu partiyanın amalının "Daha güclü Azərbaycan naminə!" olduğunu vurğulayıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti dəfə seçkilərdə böyük və inamlı qələbə qazanacağına əmindir. Məşhzur Məmmədov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, partiyanın seçki platforması barədə dolğun və ətraflı məlumat verib.

Görüşdə çıxış edənlər Məşhur Məmmədovun millət vəkili seçilməyə layiq olduğunu vurğulayıb və 9 fevralda keçiriləcək seçkilərdə məhz ona səs verəcəklərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə