2021-2022-ci tədris ilində 10 min 400-dən artıq namizəd müddətli və müddətsiz müqavilə əsasında işə qəbul edilib. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3567 nəfər ilk turda müddətsiz müqavilə əsasında işə qəbul edilib. Aprel ayında keçirilmiş daimiləşmə müsabiqəsində isə 1669 nəfər uğur qazanaraq müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib.
Ümumilikdə 5236 nəfər namizəd qeyd edilən tədris ili üzrə müddətsiz müqavilə əsasında işləmək imkanı əldə edib. İşə qəbul edilmiş müəllimlərin 48.3 faizi həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinə işə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB