Qızıldaş qəsəbəsindəki 180 saylı tam orta məktəbdə son zəng keçirilib - FOTOLAR
Hər il olduğu kimi bu il də Qaradağ rayonunun məktəblərində son zəng tədbiri xüsusi hazırlıqla keçirilib.
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə keçirilən son zəng tədbiri isə təkcə bu rayonda deyil, bəlkə də bütün Azərbaycan Respublikasında son zəng tədbirlərinin ən maraqlısı, ən təmtaraqlısı və yadda qalanı idi.
Məktəbdə təşkil olunan tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin məhsul işçisi Gülmirzə Rüstəmxanova, Qızıldaş qəsəbə Bələdiyyəsinin sədri İdris Alişanov, şəhid Sərxoşov Seymurun atası Ramiz Sərxoşov, şəhid Teyyublu Çərkəzin atası Vidadi Teyyubov, şəhid Gülmalıyev Ağamirzənin atası Ağabəy Gülmalıyev, məktəbin valideyn komitəsinin sədri Araz Hüseynov, qəsəbə ağsaqqallar şurasının sədri Caməmməd Şamilov, qazilər, məktəbin müəllim kollektivi, o cümlədən şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Atakişi Cəfərov tədbiri açaraq gələn qonaqları salamlayıb.
Daha sonra YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı və gələcəyin qurucuları olan gənclərə arzu və tövsiyyələrini ifadə etdi.
Tədbirin rəsmi hissəsi bitəndən sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Hüseynov və dil-ədəbiyyat müəllimi Əli Abbasov tərəfindən hazırlanmış xüsusi ədəbi-bədii proqram ssenari üzrə həyata keçirildi.
Beləliklə, Qızıldaş qəsəbəsinin tarixi ənənəsi olan 180 saylı məktəbində bu il - “Şuşa ili”nin məzunları olan onbirincilərin yola salınması mərasimi çox vətənpərvərlik ruhunda keçib, qızmar günəş altında maraqlı səhnəciklər və şou proqramlar göstərilib və tədbir həmin ruhda da axşam saat 18:00-a qədər davam edib. Ən çox müəllimləri və şagirdləri məyyus edən isə şagirdlərin öz müəllimləri qarşısında çıxış edərək halallıq istəmələri və çəkdikləri zəhmətin müqabilində onları, yəni müəllimlərini gül çələnginə bürümələri olub.
Məktəbin bütün şagirdləri axıra qədər əllərində 44 Günlük İkinci Qarabağ müharibəsinin şəhidlərinin rəsmlərini tutaraq nümayiş etdiriblər. Daha sonra XI a sinif şagirdləri şəhidlərimizə həsr edilmiş musiqi sədaları və Milli bayraqların müşayiəti ilə XI b və XI c sinif şagirdləri isə “Xudayar təsnifi”nin sədaları altında səhnəyə çıxdılar, kollektiv şəkildə rəqs etdilər, mahnı oxudular və şeirlər söyləyiblər...
Tədbirin ən maraqlı hissələrindən biri də məktəbin dil-ədəbiyyat müəllimi və 44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Əli Əli Abbasov tərəfindən yazılmış mətni oxuyaraq Azərbaycan Respublikasına layiqli vətəndaş olacaqlarına dair and içiblər. Müstəqil həyata yenicə qədəm qoyan XI sinif şagirdləri tərəfindən andiçmə mərasimi bəlkə də bütün Azərbaycan Respublikasında bir ilk idi.
Sonda çoxlu xatirə şəkli çəkdirdilər və bununla da tədbir yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB