Tələbələr xaricdə təhsil üçün hansı ölkələrə daha çox üstünlük verir? - EKSPERT AÇIQLADI
"İlk növbədə qeyd edim ki, Azərbaycandan xarici ölkələrə oxumağa gedənlər əsasən 2 kateqoriyaya bölünür. 1-ci kateqoriya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamayıb, amma arzusu xarici ölkələrdə oxuyanlardır. Yəni, qəbul imtahanlarında yetərli bal toplamırlar, amma hərbi xidmətdən yayınmaq üçün qohum-əqrəbanın yanında pis vəziyyətə düşməmək üçün xarici ölkəyə gedirlər. 2-cisi Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplayırlar, amma qəbul olduqları universitet, ixtisas onları qane etmir və xarici ölkələrə üz tuturlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, digər bir kateqoriya isə dövlət proqramı və yaxud da dövlətlərarası müqavilə ilə xarici ölkələrə gedən şəxslərdir: "Qeyd edim ki, hal-hazırda Azərbaycandan kənarda 42 minə yaxın azərbaycanlı gənc oxuyur. Onların 22 minə qədəri qardaş Türkiyənin payına düşür və əsasən Azərbaycanda da və dünyada hal-hazırda qəbul imtahanı prosesidir.
Hal-hazırda kütləvi şəkildə tələbələrin bir ölkədən digərinə, bir universitetdən digərinə köçürülməsi qəbul prosesi baş verir. Rəqəmlər əsasında deyə bilərik ki, ən çox Azərbaycanlıların təhsil almağa getdikləri ölkələr birmənalı şəkildə birinci yerdə qardaş Türkiyədir. Bunun əsas səbəbi dil, din, adət-ənənə, eyni zamanda digər iqtisadi yaxınlıqlarımız və qəbul şərtlərinin asan olmağıdır. Ən çox Azərbaycanlı gənclər qardaş Türkiyəyə üz tuturlar, həm də burada digər ölkələrlə müqayisədə daha keyfiyyətli təhsilin alınması mümkündür".
Kamran Əsədov sözlərinə belə davam edib: "İkinci ən çox azərbaycanlıların üz tutduqları ölkə Ukrayna idi. Amma etiraf edək ki, məhz Rusiya ilə baş verən hərbi münaqişə azərbaycanlıların bu il Rusiyaya getməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Yəni, hal-hazırda 9 minə yaxın azərbaycanlı məhz Ukrayna universitetlərində təhsil alır. Amma bu il müharibə səbəbindən ora getmək müəyyən qədər çətinləşib. Lakin Türkiyədən fərqli olaraq burda oxumaq asandır. Həm Ukraynada, həm Gürcüstanda qəbul olma şərtləri çox sadədir. Amma tutalım ki, nəyinsə qarşılığında ya pulla, və yaxud da ki digər maraqlar müqabilində Ukraynada oxumaq daha yaxşı olsa da, Türkiyə ilə müqayisədə keyfiyyətli deyil. Yəni, hər ikisinə adi sənədlərlə qəbul olmaq mümkündür, amma Türkiyədə oxumaq daha çətindir.
Biz baxırıq ki, Türkiyəyə qəbul olanlarla ordan məzun olanların sayı kifayət qədər fərqlidir. Qəbul olan çox, amma bitirən azdır. Bu da birbaşa tədrisin keyfiyyəti ilə bağlıdır. Yəni, birinci yerdə ən çox gənclər Türkiyə, ikinci yerdə Ukrayna, ardınca Gürcüstan universitetlərini seçirlər. Amma diplomların tanınmasından imtinaya görə biz baxsaq ki, ən çox Ukrayna, Gürcüstan və Rusiya universitetlərini bitirənlərin diplomlarının tanınması ilə bağlı biz problemlər görürük. Yəni, orda təhsilin müddəti, kreditlər, təhsilin formaları və bunlar imtinaya səbəbdirlər və digər Avropa və Amerika ölkələrinə gedənlər də var. Amma bunların sayı Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan qədər deyil. Bura qəbul digər beynəlxalq imtahanlarla İELS, TOEFL və digər imtahanlarla olduğuna görə və orda təhsil haqqının yüksək olması o qədər də gəncləri ora meyllənməsin. Amma Türkiyə, Rusiya, Ukraynada təhsil haqqları aşağıdır. Avropa və Amerika ölkələrində həm qəbul şərtləri çətin, həm də təhsil haqqları yuxarıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB