"Əvvəlki illərin məzunları üçün imtahanın 2 və 3 aprel tarixində keçiriləcəyi nəzərdə tutulmuşdu. Lakin məzunların sayı imtahanın eyni gündə keçirilməsinə imkan verdiyi üçün aprel ayının 3-də keçiriləcək. Artıq Dövlət İmtahanı Mərkəzi tərəfindən saytda imtahana buraxılış vərəqələri və sağlamlıq haqqında bəyannamə yerləşdirilib". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, hər iki sənəd abituriyentlər tərəfindən eyni vaxtda çap edilə bilər, çünki imtahana gedərkən bunlar tələb olunur: "Eyni zamanda, imtahan vaxtı abituriyentlərdən şəxsiyyət vəsiqəsi də tələb olunur. Əvvəlki illərin məzunları üçün aprel ayının 3-də qəbul imtahanının birinci mərhələsi keçiriləcək. Bu imtahanda maksimal bal 300-dür. Bu bal qəbul imtahanının ikinci mərhələsində yığılan bal ilə toplanılır. Toplam bal ilə abituriyent müsabiqə üçün lazım olan nəticəni əldə edirsə, ali təhsil müəssisələrinə qəbul olmaq hüquqları var".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Test tapşırıqları hər il olduğu kimi vahid proqrama əsaslanır. Dövlət İmtahanı mərkəzi tərəfindən vahid proqram artıq yanvar-fevral aylarında açıqlanıb. Sualların çətinlik səviyyəsi asan, orta, çətin olmaqla üç prinsip əsasında təyin olunur. Düşünürəm ki, əvvəlki illərin məzunları üçün imtahan sualları çətinlik təşkil etməyəcək.
Abituriyentlər imtahan zamanı yalnız hər hansı bir texniki və ya elmi xəta olarsa apellyasiya müraciət edərək güzəşt əldə edə bilərlər. Bu hallar baş vermədiyi müddətcə imtahanlarda hər hansı bir güzəştin olacağı gözlənilmir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB