Şagirdlərin qiymətləndirilməsi necə aparılmalıdır? - EKSPERT AÇIQLADI
“Şagirdlərin qiymətləndirilməsi məktəblərdə qiymətləndirmə konsepsiyası əsasında həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bütövlükdə qiymətləndirmə xeyli çətin bir prosesdir: "Müəllimdən xüsusi bacarıqlar tələb edir. Hansı ki, şagirdlərin təlim nailiyyətləri, məktəbdaxili qiymətləndirilməsinin əsas məqsədi burada sinif və məktəb səviyyəsində onların bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənmək və təlim-tərbiyə prosesini yaxşılaşdırmaq məqsədi daşıyır. Eyni zamanda bu qiymətləndirilmə inkişafa təkan verən bir proses olmalıdır. Çox vacibdir ki, təlim-tərbiyə prosesindən söhbət gedirsə, burada həm şagirdin proqram məzmununu mənimsəməyi ilə bağlı qiymətləndirilməsi aparılmasın, həm də şagirdin davranışının qiymətləndirilməsi nəzərə alınsın. Yəni bu qiymətləndirmə əslində özündə bir neçə aspektdən yanaşaraq, ümumi qiymətləndirməni özündə ehtiva edir. Burada şagirdin nailiyyətinin izlənməsi dedikdə burada ancaq şagirdin irəliləyişi deyil, geriləməsi də nəzərdə tutulur. Şagirdin təlim nəticələrinin qiymətləndirilməsi və burada kurikulumun qiymətləndirilməsi də əsas şərtlərdəndir. Ümumi məktəbdaxili qiymətləndirmə bunların əsasında həyata keçirilir.
Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi daha fərqlidir. Azərbaycanda qiymətləndirmə prosesinin beynəlxalq standartlara yaxınlaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Bu qiymətləndirmədə Azərbaycan xeyli aşağı nəticələr göstərib. Son illərdə isə bu istiqamətlərdə də irəliyə doğru işlər görülmüşdür. Bu baxımdan düşünürəm ki, qiymətləndirmə burada yalnız dərs qiymətləndirməsinin aparılmasından ibarət olmamalıdır. Eyni zamanda roqram məzmunu üzrə qiymətləndirmə burada çox vacib əhəmiyyət kəsb edir. Amma əsas tərəf olsa belə, yalnız qiymətləndirmənin dərs üzrə aparılması ilə də yekun qərar verilə bilməz. Əlbəttə ki, şagirdin davranışı, həm məzmunu bilməsi, məzmunun ölçülməsi və məktəbdə isə məktəbdaxili qiymətləndirməsi aparılmalıdır. Burada kiçik və böyük summativ qiymətləndirmələr nəzərdə tutulur. Kiçik summativ qiymətləndirməni müəllim, böyük summativ qiymətləndirməni isə məktəb rəhbərliyi həyata keçirir. Bütün bu qiymətləndirmələrin nəticəsi ilin sonunda şagirdin qiymətləndirilməsini tam olaraq ortaya qoyur”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB