Abituriyentlərə seçim imkanı veriləcək - EKSPERT AÇIQLADI

Abituriyentlərə seçim imkanı veriləcək - EKSPERT AÇIQLADI

“Baş nazir Əli Əsədov Ali məktəblərə tələbə qəbulu qaydalarına nüəyyən dəyişikliklərin qəbul edilməsi ilə bağlı qərar imzalayıb. Bu qərara əsasən, 1-ci ixtisas qrupuna informatika fənninin əlavə olunması nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, İnformatika fənni əlavə olunduğu zaman abituriyentlər ərizə qəbulu zamanı alt qruplar seçəcəklər: “İnformatika fənnindən imtahan vermək istəyən abituriyentlər həmin alt qrupu seçəcəklər. Qeyd edim ki, hal-hazırda İnformatika fənninin olduğu qrup yanlız informatika texnologiyaları yönümlü ixtisaslardır, informasiya təhlükəsizliyi, informatika müəllimliyi, kompüter elmləri, kompüter mühəndisliyi və bu qəbildən olan ixtisaslardır. Hazırda 10-cu sinifdə təhsil alan şagirdlər növbəti tədris ilindən etibarən informatika fənni üzrə hazırlaşmalıdırlar. 2023-2024 tədris ilində ali təhsil müəsisələrinə qəbul üçün aparılacaq imtahanlarında abituriyentlər informatika fənni üzrə imtahan verəcəklər.
Qeyd edim ki, alt qruplar RK və Rİ olmaqla müəyyən olunur. Hər il I qrup üzrə 25-30 min abituriyent imtahan verir. Onlardan bir hissəsi RK, yəni riyaziyyat və kimya alt qrupu üzrə sənəd verəcəklər, digərləri isə Rİ, yəni informatika yönümlü alt qrup üzrə sənəd verəcəklər. Bununla yanaşı abituriyentlərə 2-li seçim imkanı da veriləcək. Bu o deməkdir ki, abituriyentlər həm RK, həm də Rİ alt qrupu üzrə sənəd qəbulunda iştirak edə biləcəklər. Bu zaman abituriyent əlavə olaraq informatika fənnidən müəyyən bir tarixdə imtahan verməlidir. Bundan əlavə RK alt qrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat və fizikanın nisbi əmsalı 1,5, kimyanın nisbi əmsalı isə 1 kimi hesablanacaq. Rİ alt qrupunda isə riyaziyyat və fizikanın nisbi əmsalı 1,5, informatikanın isə nisbi əmsalı 1 kimi hesablanacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə