Təhsilin keyfiyyətinin artırılmasında bağçalar hansı rolu oynayır? - ŞURA ÜZVÜ AÇIQLADI

Təhsilin keyfiyyətinin artırılmasında bağçalar hansı rolu oynayır? - ŞURA ÜZVÜ AÇIQLADI

"Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin müstəsna rolu var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri dedikdə əlbəttə ki, uşaq bağçaları nəzərdə tutulur: "Məktəbəqədər təhsil müəssisələri birinci sinfə gedəcək olan şagirdlərə ilkin bilikləri verən, həmin uşaqları psixoloji olaraq bu prosesə hazırlayan müəssisədir. Məktəbəqədər təhsil müəssisələri təhsil prosesində çox ciddi və əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, biz zaman-zaman müraciət edirdik ki, mütləq şəkildə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansında olmalıdır. Çünki adından da göründüyü kimi bu təhsil müəssisəsidir.

Bildiyimiz kimi cənab Prezident bununla bağlı çox mühüm qərar verdi. Yeni qərara əsasən məktəbəqədər təhsil müəssisələri vahid mərkəzdən idarə olunacaq. Təhsil vahid mərkəzdən idarə olunanda ardıcıllığın gözlənilməsini təmin etmək mümkün olur. Bu baxımdan əlbəttə ki, təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin mühüm əhəmiyyəti və rolu vardır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə