91 nəfər SAT imtahanı verib

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.
DİM-dən SİA-ya bildirilib ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 91 nəfər iştirak edib.

İmtahan binasına gələn iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

Növbəti SAT imtahanının mayın 7-də keçirilməsi nəzərdə tutulur. İmtahana qeydiyyatdan keçmək haqqında ətraflı məlumat DİM-in rəsmi internet saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə