Buraxılış imtahanının nəticələri aprelin 8-dək elan olunacaq - DİM
Martın 13-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8-dək elan olunması nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, martın 12-də Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz və Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB