Martın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Xaçmaz rayonundan 1793 nəfər iştirak edib. SİA xəbər verir ki, DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu bildirib ki, 8 mərkəzdə keçirilən imtahanlara 177 nəzarətçi müəllim, o cümlədən 32 imtahan rəhbəri cəlb olunub.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Xaçmazla yanaşı, Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan MR-də, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz rayonlarında, Şəki və Naftalan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB