Bu imtahanda iştirak etmək üçün 188 namizəd qeydiyyatdan keçib

Bu imtahanda iştirak etmək üçün 188 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir. SİA-nın verdiyi məlumata görə, DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq.

İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 13:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 188 (BA - 47, BB - 141) namizəd qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə