Test imtahanına qeydiyyat başa çatıb

Test imtahanına qeydiyyat başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə martın 13-də keçiriləcək test imtahanına qeydiyyat başa çatıb. SİA-nın verdiyi məlumata görə, DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün 77 (AB - 22, AC – 55) namizəd qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə