Nizami Gəncəvi yaradıcılığı barədə elmi konfransın materialları çapdan çıxıb -Fotolar

Nizami Gəncəvi yaradıcılığı barədə elmi konfransın materialları çapdan çıxıb -Fotolar

Topluda on altı elm adamının “Nizami yaradıcılığında dini-fəlsəfi motivlər və şairin dini-ideoloji baxışları”, “Nizami Gəncəvi poeziyasında irfani düşüncə tərzi və “ədalət” konsepsiyası”, “Nizami Gəncəvi yaradıcılığında multikultural və tolerant dəyərlər”, “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları və digər müsbət əxlaqi keyfiyyətlərin təbliği”, “Nizami Gəncəvi qəhrəmanlarının dini mənsubiyyəti”, “Nizami yaradıcılığında islami dəyərlər”, “Nizami “Xəmsə”sində minacat”, “Nizami Gəncəvi yaradıcılığında Peyğəmbərin mədhi və nət ənənəsi”, “Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği”, “Azərbaycanın mədəniyyət tarixində Nizami şəxsiyyəti və yaradıcılığı”, “Nizami əsərlərində Azərbaycan mədəniyyətinin əksi”, “Nizami Gəncəvinin elmi-fəlsəfi irsi tədqiqatçıların araşdırmalarında və nizamişünaslığın aktual problemləri”, “Nizami dühası dünya ictimai-fəlsəfi fikrində” mövzularında məqalələri çap olunub.

Aİİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sözügedən konfrans dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə