Düşərgədə iştirak etmək istəyən tələbələr 10 mart 2022-ci il tarixinədək qeydiyyatdan keçməlidir. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tələbə qeydiyyatdan keçdikdən sonra riyaziyyat üzrə baza biliklərinin, eləcə də məntiqi təfəkkürünün yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdır.
Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III-IV kurs tələbələri və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Qeyd edək ki, düşərgə 22-26 mart tarixlərində Qubada Təhsil İnstitutunun və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.
Düşərgənin təşkilində əsas məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqənin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan trendlərdən tələbələri xəbərdar etmək, eləcə də real əmək bazarının hansı mühəndislik səriştələri tələb etdiyini öyrətmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB