Ali təhsil müəssisələrinə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə ərizə qəbulu davam edir

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu iləbağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən başlayıb və17-dək internet vasitəsilə aparılır. SİA xəbər verir ki, 9 mart saat 09:15-ə olan məlumata əsasən ali və ortaixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə22917 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərinməzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsilimüəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaqmümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində"Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməkləDövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiqedirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyentbarədə olan məlumatların yetərli olub-olmamasından asılıolaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiqediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentinelektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfədaxil olarkən ekranda göstərilir):

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edəbilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqetdirməli olan abituriyentlər elektron tələb olunan sənədlərişəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizəqəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlıxüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağtərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış olabilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanıntam mətni ilə buradan tanış ola bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə