Tələbələr ikinci dəfə təhsil krediti götürə bilər? - MÜTƏXƏSSİS AÇIQLADI

Tələbələr ikinci dəfə təhsil krediti götürə bilər? - MÜTƏXƏSSİS AÇIQLADI

""Təhsil tələbə krediti"nə Azərbaycan Respublikasının vətəndaşı olan Azərbaycan Respublikasının ərazisində yerləşən ali, orta təhsil müəsisələrində əyani və ödənişli təhsil alan tələblər müraciət edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Təhsil Tələbə Krediti Fondunun sosial media mütəxəssisi Emin Şeydayev bildirib.

Onun sözlərinə görə, peşə təhsili alan tələbələrə də təhsil tələbə krediti verilir, lakin bu yüksək ixtisaslı peşə təhsilinə şamil edilir: "Tələbələrə hər semestr üçün bir dəfə müraciətetmə haqqı verilir. Kredit tələbənin illik təhsilhaqqı əsasında verilir. Təhsil tələbə kreditinin standart və sosial olaraq iki növü var. Standart təhsil tələbə kreditində birinci semestr illik tələbə haqqının 20 faizini tələbə özü ödəyir, 30 faizini isə Təhsil Tələbə Krediti Fondu ödəyir. İkinci semestr müraciət edikdə isə 50 faizini fond qarşılayır. Sosial növdə isə birinci semestr 50 faiz, ikinci semestr də müraciət etdikdə 50 faizi fond tərəfindən qarşılanır.

Əgər tələbənin müraciətinə imtina gələrsə və ya hər hansı bir xəta baş verərsə tələbə bu xətanı düzəldərək yenidən müraciət edə bilər.

Qeyd edək ki, tələbə kreditinin verilməsi 2022-ci ildən etibarən həyata keçirilir. Yaz-yay semestri üçün qeydiyyat imtahanlar başlayana qədər davam edəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə