Uşaqlar neçə yaşında məktəbə getməlidir? - DİQQƏT! - ŞURA ÜZVÜ AÇIQLADI

"Azərbaycan Respublikasının qanunvericiliyində icbari təhsil 6 yaşdan nəzərdə tutulur. Bildiyimiz kimi Təhsil Nazirliyi çox yaxşı layihəyə imza atıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu da 5 yaşından olan uşaqların məktəbəhazırlıq qrupları layihəsidir: "Birinci sinifə fiziki və əqli cəhətdən inkişaf etmiş və 6 yaşı ən geci dekabrın sonuna qədər tamam olan uşaqlar qəbul olur. Məktəbdə uşaqların birinci sinfə qəbul yaşı 6 yaşdır. Bəzən müstəsna hallar da olur. Bu uşaqda fitri istedadın, yaşından qabaq əqli inkişafın, fiziki vəziyyətin yerində olması təqdirdə xüsusi komissiyanın yoxlaması ilə 5 yaşında qəbul edilə bilər. Təhsil Nazirliyinin çox gözəl unikal layihəsi oldu. Bu da məktəbəqədər hazırlıq kurslarının yaranması idi.

Məktəbəqədər hazırlıq kurslarında uşaqları məktəbə adaptasiya olmaq təmin edilir, ilkin biliklər və s. aşılanır. Bununla da uşaqlar xüsusi psixoloji baryeri aşmış olurlar. Məktəbəqədər hazırlıq kurslarına uşaqların 5 yaşında qəbul edilməsi çox normaldır. Uşaqların kurslara 4 yaşında qəbulu ilə də bağlı Təhsil Nazirliyində fikirlər səslənir. Düşünürəm ki, uşaq bağçaları da məktəbəqədər hazırlıq kursları kimi uşaqların təhsilində ciddi rol oynayır. 6 yaşında olan uşaqların məktəbə getməsi xüsusi mütəxəssislər tərəfindən verilmiş qərardır. Bəzən uşaqlarda fitri istedadı nəzərə alaraq sinifdən sinfə ötürülməsi halları da olur. 14-15 yaşında uşaqların artıq məktəbi bitirməsi ilə də rastlaşırıq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə