Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb

Zal nəzarətçisi sertifikatı əldə etmiş 680 nəfər imtahanların idarə edilməsi prosesinə cəlb ediləcək. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sertifikat əldə etmək üçün qeydiyyat 2021-ci il 5 oktyabrda başlanılıb və bu müddət ərzində 1457 nəfər özərizəsini təsdiq edib.

Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq DİM-in inzibati binasına və regional bölmə mərkəzlərinə müsahibəyədəvət edilib. DİM-in məsul əməkdaşları tərəfindən aparılanmüsahibələrdən 840 namizəd uğurlu nəticə əldə edərək ilkintest imtahanına yazılıb.

İlkin test imtahanı zamanı namizədlərə ümumi intellektsəviyyəsinin yoxlanılmasına aid tapşırıqlarla yanaşı, onlarınşəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometriktestlər də təqdim olunub. Bu mərhələdə 731 namizədmüsabiqə şərtini ödəyərək 2 günlük təlimlərə cəlb edilib.

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etikettexnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etikdavranış qaydaları mövzularını əhatə edib. Bundan əlavə, psixometrik tapşırıqlar vasitəsilə namizədlərin stresə qarşıemosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılıb.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumiməlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanınidarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərinvəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilibvə fikir mübadiləsi aparılıb.

Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldəetdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanınacəlb ediliblər. İmtahanlardan 60% və daha yüksək nəticəgöstərən 680 namizəd A və ya B kateqoriyalı zal nəzarətçisisertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasınadaxil edilib.

Xatırladaq ki, imtahanlara təyinat zamanı sertifikat əldəetmiş zal nəzarətçilərinə üstünlük verilir.

Qeyd: Zal nəzarətçisi sertifikatı əldə etmək istəyənşəxslər üçün növbəti qeydiyyatın cari ilin sentyabr ayındanetibarən yenidən başlanılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə