MİQ imtahanlarında dəyişikliklər edilib

MİQ imtahanlarında dəyişikliklər edilib

“Müəllimlərin işə qəbul imtahanları ilə bağlı da müəyyən dəyişikliklər həyata keçirilib. Belə ki, imtahan vaxtı 30 dəqiqə artırıllb, çünki imtahan verən şəxslər vaxt azlığından şikayət edirdilər”. Bu sözləri açıqlamasında Təhsil Naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, indi 100 ballıq şkalaya keçirilib, lakin suallarında sayında heç bir dəyişiklik edilməyib: “İxtisas fənni 2 bal, metodika isə 1 balla qiymətləndiriləcək. Bu da yenə müəllimlərdən gələn təkliflərdən biri idir ki, qiymətləndirmə əsasən fənn biliklərinin üzərində aparılsın.

Sertifikasiya ilə bağlı bu ilin sonunda artıq ümid edirik ki, pandmeya bizə imtahanı keçirməyə imkan verəcək. Hər dəfə pandemiya ilə əlaqədar təxirə salırıq, bu dəfə ümid edirik ki, alınacaq. Bu ilki sertifikasiya mərhələsində təbii ki, heç bir müəllim işini itirə bilməz. Müəllimə iki dəf imtahanda iştirak etmək hüququ verilir. Buna görə də bu il keçirilən sertifikasiya həm müəllimlərə, həm bizə uyğun vəziyyəti başa düşməyə imkan verir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə