Ali təhsil müəssisələrinə yeni qəbul qaydaları necə tənzimlənəcək? - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

Ali təhsil müəssisələrinə yeni qəbul qaydaları necə tənzimlənəcək? - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

“Ali təhsil müəssisələrində cari ildə edilən dəyişikliklərə əsasən 3-cü ixtisas qrupunda alt qruplar yaradılır. Belə ki, 2-ci ixtisas qrupu üzrə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər alt qrupu seçməklə coğrafiya fənnindən imtahan verə biləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.


Onun sözlərinə görə, bunun da nəticəsində 3-cü ixtisas qrupuna əlavə edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarına qəbul olmaq imkanı olacaq: “Qeyd edim ki, 3-cü qrup ixtisas qrupu üzrə abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarını artıracaq. Belə ki, hər il ixtisas qrupları arasında ən ciddi müsabiqə vəziyyəti 3-cü ixtisas qrupunda olur. Belə ki, burada 8 minə yaxın abituriyent müsabiqə şərtini ödəyirdi. Onun sadəcə 2 mini tələbə adını qazanırdı. Edilən dəyişiklikdən sonra 3-cü ixtisas qrupunda 3 minə yaxın plan yeri əlavə olunacaq. Bu da ali təhsil müəssisələrinə 3-cü ixtisas qrupu üzrə qəbul olmaq imkanlarını daha da artıracaq. İkinci vacib dəyişiklik isə bugünə qədər “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları boş qalırdı, ya da abituriyentlər az balla bu ixtisaslara qəbul olurdular. İndi isə bu daha çox abituriyentin ali təhsil müəssisələrinə qəbul olmağa imkan verməsi ilə yanaşı həmçinin yüksək ballı və tarixi bilən şəxslərin bu ixtisaslara qəbul olmasına gətirib çıxardacaq. 3-cü ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının olması xüsusən özəl ali təhsil müəssisələrində plan yerlərinin dolmasına gətirib çıxardacaq. Nəticə etibarilə həmin ailə təhsil müəssisələrinin maliyyə vəziyyəti yaxşılaşacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə